Suraxanı rayonunda evdən oğurluq edilib. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Hövsan qəsəbəsində baş verib. Zaur Həsənov adıçəkilən qəsəbə ərazisində yerləşən evlərin birindən 7000 AZN dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırma aparılır.