Suraxanı rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 20 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Hövsan qəsəbəsində baş verib. Ərəstun Məmmədov qəsəbə ərazisində yerləşən marketlərin birindən tütün məmulatı və orada quraşdırılan ödəmə terminalından pul oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.