Suraxanı rayonu, Hövsan qəsəbəsində narkotik istifadə edilən ev aşkar olunub. Bu haqda bu gün, 22 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Narkotik vasitələrin qrup halında qəbul edildiyi evdə keçirilən əməliyyat zamanı ev sahibi Malik Dadaşov, həmin ünvanda narkotik vasitələr qəbul edən Turan İbrahimov, Anar İlyasov və 2 qadın saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam edir.