Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində oğurluğa cəhd edən şəxs saxlanılıb. Bu haqda bu gün, 8 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Fevralın 6-da səhər saatlarında Suraxanı RPİ 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində səhər saatlarında marketlərin birindən oğurluğa cəhd edən Ayxan Hacıyev saxlanılıb.
Onun qəsəbə ərazisində 3 mağazadan ümumilikdə 2500 manat dəyərində 2 mobil telefon, aksessuar, 1000 manat pul, həmçinin 300 manat dəyərində ətir oğurlaması da müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.