Suraxanı rayonunda motosiklet oğurlanıb. Bu haqda bu gün, 13 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Hövsan qəsəbəsində baş verib. Keçirilən əməliyyat zamanı M.Həsənov qəsəbəs ərazisindəki evlərin birinin qarşısından “Tufan” markalı motosikleti oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.