Bakının Xətai rayonu, “Həzi Aslanov” metro stansiyasının yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 25 iyun tarixində Oxu.az məlumat verib.
“Toyota Prius” markalı, 77-DZ-367 dövlət nişanlı avtomobil yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində avtomobilə ciddi ziyan dəyib. Xəsarət alan olmayıb.