Hacıqabul rayonu, Muğan qəsəbəsində biri Bakı şəhər sakini olmaqla qanunsuz ovla məşğul olan şəxslər məsuliyyətə cəlb olunublar. Bu haqda bu gün, 27 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz ovun və mülki silahın daşınması qaydalarını pozan paytaxt sakini E.Xəlilov və Sumqayıt şəhər sakini A.Fərzəliyev saxlanılıblar.
Onlardan 2 ov silahı, 1 səsgücləndirici və qanunsuz olaraq ovlanmış çöl ördəkləri aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.