Aeroport şosesində yol qəzası sıxlığa səbəb olub. Bu haqda 21 iyun tarixində Report məlumat verib.
Hava limanı körpüsünə gedən yolda, Mərdəkan istiqamətində qəza baş verib. Bu səbəbdən həmin istiqamətdə sıxlıq yaranıb.
Hadisənin təfərrüatları araşdırılır.