Paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 5 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Adıçəkilən ərazidə hərəkətdə olan 2 avtomobil toqquşub. Nəticədə onlardan biri yol nişanına çarpılaraq onu aşırıb. 1 nəfər xəsarət alıb.
Təfərrüatlar araşdırılır.