Bakının Heydər Əliyev prospektində yol qəzası baş verib. Bu haqda bu gün, 5 iyul tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
Hadisə iyulun 5-də səhər saatlarında qeydə alınıb. 77-BA-476 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil 90-ZD-477 dövlət nömrə nişanlı “Kia” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Qəzanın səbəbi “Kia”nı idarə edən sürücününun kobud qayda pozuntusuna yol verməsi olub. Nəticədə sürücülər arasında mübahisə yaranıb.