Bakıda tanışını döyərək öldürməkdə təqsirləndirilən Həsən Çəndirlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim İlham Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Belə ki, 14 sentyabr tarixində Xətai rayonu, Əhmədli qəsəbəsində Həsən Çəndirli şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı 27 yaşlı Hüseyn Hüseynovu döyərək, ona xəsarət yetirib. Yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib, lakin aldığı ağır zərbələrdən orada keçinib.
Faktla bağlı CM-in “Qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi başlanıb.