Xətai rayonunda mobil telefon oğurlanıb. Bu haqda bu gün, 1 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Əhmədli qəsəbəsində baş verib. Əvvəllər də oğurluğa görə məhkum olunmuş Taleh Məmmədov bir nəfər şəxsin üzlüyündə 250 AZN pulu olan mobil telefonunu talamaqda təqsirli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.