Xətai rayonunda “Bakubus” qəzaya düşüb. Bu haqda bu gün, 28 oktyabr tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
Hadisə rayonun Əhmədli qəsəbəsində baş verib. “VAZ-21703” markalı nəqliyyat vasitəsi hərəkətdə olan zaman ara məsafəsi saxlamayıb və “BakuBus”a məxsus sərnişin avtobusuna arxadan çarpılıb. Nəticədə maşın yararsız hala düşüb. Xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.