Azərbaycanın Əməkdar jurnalisti Əli Fərəcov vəfat edib. Bu haqda bu gün, 6 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Əli Fərəcovun cəsədi Maştağa qəbiristanlığında, anasının qəbrinin yanında aşkarlanıb.
İlkin məlumata görə, noyabrın 4-ü jurnalistin anasının vəfat ildönümü olduğuna görə, o, qəbri ziyarət etməyə gedib.
Onun hansı səbəbdən öldüyü bilinmir. Hazırda araşdırmalar aparılır.
Mərhum jurnalist “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətində çalışmışdır. Həmçinin Fərəcov uzun illər idman jurnalistikası sahəsində işləyib.