Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam köçkün tam orta məktəbinin 1-ci sinif sagirdi Renat Quliyevin COVID-19-dan öldüyü bildirilib. Bu barədə məlumat ötən həftə sosial şəbəkələrdə yayılıb. Bu gün,19 oktyabr tarixində məktəb sözçüsü uşağın ölümü ilə bağlı Sputnik-Azərbaycan-a açıqlama verib.
Məktəb rəsmisinin sözlərinə görə, təhsil müssisəsi artıq uşağın ölüm kağızını alıb və orada Quliyevin ürək çatışmazlığından öldüyü qeyd olunub. O əlavə edib ki, uşaqda COVID-19 aşkarlandığı barədə heç bir rəsmi məlumat verilməyib.
Daha öncə, koronavirusa yoluxma nəticəsində Bakıda bir sıra ali və orta təhsil müəssisələri tam və ya qismən bağlanıb. Həmin müəssisələrdə əyani təhsil prosesi distant təhsillə əvəz olunub.