Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində avtomobil piyadanı vurub. Bu haqda bu gün, 11 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə "Bolmart" supermarketinin yaxınlığında baş verib. 61 yaşlı Yeganə Məmmədhəsənova avtomobil yolunu keçən zaman Tağı Nurəddinoğlu “Kia” markalı avtomobillə onu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.