Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində 2 quldur saxlanılıb. Bu haqda bu gün, 17 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, fevralın 15-də Kürdəxanı qəsəbəsi ərazisində qəsəbə sakini D.Məmmədzadənin pulu, mobil telefonu və poverbankı quldurluq yolu ilə talanıb. Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən paytaxt sakinləri F.Niftullayev və R.Allahverdiyev saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.