Nərimanov rayonunda intihar etmək istəyən qızı maşın vurub. Bu haqda bu gün, 31 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Ziya Bünyadov prospektində baş verib. 24 yaşlı Günel Qəhrəmanova körpüdən özünü atmaq istəyib. Sonradan fikrindən daşınan qız avtomobil yoluna çıxan zaman onu avtomobil vurub. Nəticədə G.Qəhrəmanova müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.