Paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini İ.Abbasov adıçəkilən qəsəbə ərazisində yerləşən evlərin birindən 10.000 AZN dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalara başlanılıb.