Paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində əl qumbarası tapılıb. Bu haqda bu gün, 23 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Daxil olan məlumat əsasında FHN-in əməkdaşları əraziyə cəlb olunublar. Onlar sahəyə giriş-çıxışı bağlayıblar, daha sonra 1 ədəd “F-1” əl qumbarası və 1 ədəd “UZRQM” partladıcısını zərərsizləşdiriblər.
Ən sonda həmin əraziyə baxış keçirilib və əlavə təhlükəli əşya aşkar olunmayıb.
[caption id="attachment_87891" align="alignnone" width="640"]
Foto Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı[/caption]