Nizami rayonunda silahlı şəxs tutulub. Bu haqda bu gün, 19 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 34 yaşlı Vahid Əliyev Keşlə stansiyası ərazisində saxlanılıb. Onun üzərində 1 ədəd “TT” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar edilib.
Faktla bağlı araşdırmalar davam edir.
[caption id="attachment_126819" align="alignnone" width="640"]
Foto DİN[/caption]