Bakının Nizami rayonunda narkokuryer saxlanılıb. Bu haqda bu gün, 26 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə metronun “Koroğlu” stansiyasının yaxınlığında qeydə alınıb. Motosiklet sürücüsünə polis əməkdaşı “saxla” əmri verib. Lakin o, əmrə tabe olmayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində motosikletin 22 yaşlı sürücüsü Tofiq Əliyev saxlanılıb.
Araşdırma zamanı onun motosikletlə kuryer xidməti göstərərək paytaxt ərazisində narkotiklərin satışı və daşınması ilə məşğul olduğu müəyyən olunub. Baxış zamanı onun çantasından külli miqdarda müxtəlif növdən olan narkotik aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2024/04/sequence-05_1.mp4"][/video]