Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində kriminal avtoritet və onun rəhbərlik etdiyi qruplaşmanın üzvləri saxlanılıb. Bu haqda bu gün, 19 aprel tarixində Oxu.az məlumat verib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Lənkəran şəhər sakini, kriminal aləmdə “Astarxan Anar” kimi tanınan Anar İsmayılov, həmçinin onun başçılıq etdiyi qruplaşmanın üzvləri saxlanılıb.
Baxış zamanı onlardan külli miqdarda narkotik vasitə və silah-sursat götürülüb.