Bakının Qaradağ rayonu, Lökbatan dairəsində iki avtomobil toqquşub. Bu haqda bu gün, 18 iyul tarixində Oxu.az məlumat verib.
Sürücüsü məsafə saxlamayan “Saipa” markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan “Hyundai” markalı avtomobilə çırpılıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Avtomobillərə maddi ziyan dəyib.