Bakının Qaradağ rayonu, Lökbatan dairəsində 43 yaşlı kişi bıçaqlanıb. Bu haqda bu gün, 7 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə bu gecə saat 01:00 radələrində baş verib. Polisə daxil olan məlumata görə, naməlum kişi Sahil qəsəbə sakini, 43 yaşlı Natiq Süleymanova bıçaqla qarın və əl nahiyələrindən xəsarət yetirib və hadisə yerindən yayınıb.
Yaralı xəstəxanaya çatdırılıb. Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Salyan rayon sakini, 47 yaşlı Zamin Salayev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Redaksiyaya daxil olan məlumata görə, Salayev Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvüdür.