Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qanunsuz ət satışının qarşısı alınıb. Bu haqda bu gün, 18 aprel tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Adıçəkilən ərazidə keçirilən reyd zamanı “Mercedes” markalı avtomobildə sanitariya-gigiyena tələblərinə əməl olunmadan, müvafiq baytarlıq sənədləri olmayan, kəskin qoxuya malik, ümumi çəkisi 120 kiloqrama yaxın sümükdən ayrılmış mənşəyi məlum olmayan ət aşkar olunub.
Sözügedən ət dövriyyədən çıxarılıb, müəyyən edilmiş faktla bağlı müvafiq addımlar atılıb. Araşdırmalar davam edir.