Lökbatan qəsəbəsində avtomobillərdən silsilə oğurluqlar baş verib. Bu haqda bu gün 20 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
“Range Rover” markalı avtomobildən mobil telefon, “VAZ-21015” markalı bir avtomobildən 300 ABŞ dolları, “VAZ-2104” markalı nəqliyyat vasitəsindən isə 400 manat oğurlanıb. Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Kürdəmir sakini Mübariz Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.