Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində evdən oğurluq edən şəxslər tutulublar. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini E.Nəsirov və Yardımlı rayon sakini Y.Nurlu adıçəkilən qəsəbə ərazisində evlərin birindən 2000 manat dəyərində tikinti materialları oğurlamaqda şübhəli bilinirlər.
Onlar barəsində araşdırma aparılır.