Paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində evlərin birindən 2000 manat pul oğurlanıb. Bu haqda bu gün, 22 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində pul oğurlamaqda şübhəli bilinən H.Balazadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.