Paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində mağazadan oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 23 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Salyan rayon sakini Fərrux Qəribov Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində mağazaların birindən 1000 AZN dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalara başlanılıb.