Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində marketdən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 16 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Abşeron rayon sakini X.Allahyarov adıçəkilən ərazidə yerləşən marketlərin birindən 700 AZN dəyərində oğurluq etməkdə şübhəli bilinir.
Onun barəsində araşdırmaya başlanılıb.