Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində motosikletçi qəzaya uğrayıb. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
27 yaşlı Ravin Malıyev motosikletlə hərəkətdə olan zaman yol kənarındakı maneəyə çarpılıb. Sürücü təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.