Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində uşaq yol qəzasında xəsarət alıb. Bu haqda bu gün, 16 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
12 yaşlı Zəhra Cəbbarova yolu keçərkən onu avtomobil vurub. Hadisə yerinə cəlb olunan təcili tibbi yardımın köməkliyi ilə qız xəstəxanaya aparılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.