Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində iki avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 29 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
“Kia” və “Hyundai” markalı iki avtomobildən pul, bank kartı, gödəkcə və qiymət oxudan cihaz oğurlanıb. Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini X.Quliyev saxlanılıb.
Axtarış zamanı ondan heroin və metamfetamin aşkar olunaraq götürülüb. Fakt araşdırılır.