Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 9 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, fevralın 5-nə keçən gecə şirkətlərdən birinin həyətindən 4000 manat dəyərində əlvan metal oğurlanıb.
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Xanəli Bəyaliyev saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.