Bakının Lökbatan qəsəbəsində yerləşən kafedə bıçaqlanma hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 23 fevral tarixində Avtosfer məlumat verib.
Kafedə olan müştərilər arasında başlayan dava zamanı 41 yaşlı Adil Quliyev bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.
Araşdırma nəticəsində ona bıçaq zərbələri yetirən 27 yaşlı Şirvan Quliyev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma davam etdirilir.