Qaradağ rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 7 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Lökbatan qəsəbəsində baş verib. 58 yaşlı A.İsgəndərov adıçəkilən rayon ərazisində yerləşən ticarət mərkəzində mağazaların birindən 475 AZN dəyərində geyim əşyası oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.