Binə Ticarət Mərkəzində yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Binə Ticarət Mərkəzinin ərazisində qeydə alınıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın məhdudlaşdırılaraq söndürülüb.