20 noyabr tarixində Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyət hadisəsi baş verib.
Oxu.az-a istinadən hadisə Ələt qəsəbəsində baş verib. Bakı-Ələt-Qazax-Gürcüstan yolunda “Ford” markalı mikroavtobus yük avtomobilinə çırpılıb. Qəza zamanı ölən və xəsarət alanlar var.
Faktla bağlı araşdırma davam edir.