Bakıda partlayış olan gecə klubunda yaralalanlardan daha bir nəfər vəfat edib, bir nəfərin isə vəziyyəti ağırdır. Bu haqda bu gün, 11 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Müəssisədə ofisiant işləyən 21 yaşlı Ayxan Feyzullazadə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Bir nəfər Seneqal vətəndaşının isə vəziyyəti ağırdır. Ona ağciyər zədəsi və III dərəcələri yanıq xəsarətləri diaqnozu qoyulub.
Daha öncə, 3 aprel tarixində paytaxtın mərkəzində yerləşən “Location” gecə klubunda partlayış baş vermişdir. Nəticədə 4 nəfər dünyasını dəyişib, 34 nəfər xəsarət alıb.