Əməkdar artist Babək Niftəliyevin “Range Rover” markalı avtomobilindən həyat yoldaşına məxsus əl çantasını oğurlayan şəxs saxlanılıb. Bu haqda bu gün, 30 mart tarixində Bakuplus.az Bizim.Media-ya istinadən məlumat verir.
Hadisə ötən ilin 23 may tarixində baş verib. “Nizami Mall” TM-in yaxınlığında saxlanılan avtomobildən içində 920 manat pul olan qadın çantası oğurlanıb. Zərərçəkmiş şəxslər polisə müraciət ediblər.
Polis əməkdaşları tərəfindən aparılmış tədbirlər nəticəsində əvvəllər də məhkum olunmuş 32 yaşlı Bakı sakini saxlanılıb. Məhkəmənin qərarı ilə o, 6 ay müddətinə azadlıqdan məhrum edilib.