Nəsimi rayonu ərazisində mağazada oğurluq olub.
Bu barədə Bakuplus.az-a DİN mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, polisə müraciət edən zərərçəkmiş işlədiyi mağazada gödəkcəsinin cibindən 3625 manatının oğurlandığını bildirib.
Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş 43 yaşlı T.Talıbzadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.