Xəzər rayonunda narkotik alverinə qarşı əməliyyat keçirilib. Bu haqda bu gün, 18 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı Mərdəkan qəsəbə sakini B.Əsgərov saxlanılıb. Onun üzərində 1,5 kiloqramdan artıq marixuana, 4 qramdan artıq heroin və 2 qram metamfetamin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.