Dənizdə 2 nəfər batmaqdan xilas olunub. Bu haqda bu gün, 13 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisələr Mərdəkan və Nardaran çimərliklərində baş verib. 2 nəfər müxtəlif ərazilərdə batma təhlükəsi ilə üzləşib. Hadisə yerinə cəlb olunan FHN-in əməkdaşları onları xilas etməyi bacarıblar.