Xəzər rayonunda, Mərdəkan avtomobil yolunda avtoqəza baş verib. Bu haqda bu gün, 9 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə Binə körpüsünün yaxınlığında qeydə alınıb. Asim Qurbanov idarə etdiyi "Opel Astra" markalı avtomobillə sözügedən ərazidə piyada Fariz Seyidovu vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.