Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yol qəzası baş verib. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az məlumat verir.
“Xəzər Golden Beach” çimərliyi tərəfindən çıxan “Toyota Prius” əks istiqamətdə hərəkət edən eyni markalı avomobilə yol verməyerək qəza törədib.
Hadisə zamanı xəsarət alan olmayıb. Avtomobillərə maddi ziyan dəyib. Toqquşma nəticəsində ərazidə tıxac müşahidə olunub.
[video width="848" height="480" mp4="https://bakuplus.az/storage/photos/2023/07/video-whatsapp-2023-07-27-v-13.02.09_1.mp4"][/video]