Bakıda qadın ov tüfəngi ilə güllələnib. Bu haqda bu gün, 19 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Bu gün saat 9:00 radələrində 88 yaşlı Yaşar Dadaşov 59 yaşlı gəlini Gülnarə Dadaşovanı tüfənglə qətlə yetirib.
Şübhəli şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.