Nəsimi rayonunda mağazadan oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 1 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Rzayeva rayonun M.Cəfərov küçəsində yerləşən mağazadan 1600 AZN dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.