Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində təmir-tikinti alətləri oğurlanıb. Bu haqda bu gün, 1 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis Şöbəsinə verilən məlumata görə, evlərin birindən 1300 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyaları oğurlanıb.
Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən Bakı şəhər sakinləri Rasim Elməliyev və Sergey Volovin saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.