Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsindəki həyətdən əşyalar oğurlanıb. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, həyətdən 2200 manat dəyərində təmir alətləri və 3 ədəd su mühərriki oğurlanıb. Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən Lənkəran rayon sakini E.Salayev və Quba rayon sakini A.Məmmədli saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.